Xərçənglə mübarizə üsulu tapıldı

Xərçənglə mübarizə üsulu tapıldı

ABŞ-ın Harvard Universitetinin alimləri (bədxassəli) şiş hüceyrələrinin maddələr mübadiləsini dəyişdirmə qabiliyyətini aşkarlayıblar. Bu da onların müalicəsinin effektliyini minimuma endirir.

 
Bu barədə “Cell Metabolism” jurnalında dərc olunan məqalədə bildirilir.
 
Qeyd olunub ki, kimyaterapiya seanslarından sonra alimlər sağ qalan hüceyrələrin maddələr mübadiləsində müvəqqəti dəyişikliyə məruz qaldıqlarını müəyyənləşdiriblər. Bu müvəqqəti dəyişiklik nəticəsində residiv meydana gəlir, şiş hüceyrələrini əsas terapiyaya qarşı həssas edir.
 
Əgər qlutamin metabolizminə və nukleotid sintezinə qısa müddətli təsir göstərən dərmanlar istifadə olunarsa, müqavimət göstərən hüceyrələr məhv olar və nəticədə xəstə sağ qalacaq.
 
Bildirilib ki, aşkar edilən fakt qan xərçəngində tapılan və kemoterapiyaya davamlı olan hüceyrələrə qarşı mübarizə aparmağa kömək edəcək./report/
 

Google+ WhatsApp ok.ru