Xətai rayonunda suyun verilməsində məhdudiyyətlər olacaq

Xətai rayonunda suyun verilməsində məhdudiyyətlər olacaq

Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar 10 oktyabr 2020-ci il tarixində gün ərzində Xətai rayonunun bəzi yerlərində suyun verilməsində məhdudiyyətlər yaranacaq.
 
"Azərsu" ASC-dən  verilən məlumata görə, içməli suyun verilməsində məhdudiyyətlər Xətai rayonunun Lütfi-zadə (keçmiş Telnov), Əliağa Şıxlinski, Səmədbəy Mehmandarov, İnqilab İsmayılov, Nəsrəddin Tusi küçələrinə, Gəncə prospekti və Seyid Əzim Şirvani küçəsinin bir hissəsinə olacaq.
 

Google+ WhatsApp ok.ru