Xərçəng şişləri niyə yaranır - ARAŞDIRMA

Xərçəng şişləri niyə yaranır - ARAŞDIRMA

Amerikalı alimlər normal hüceyrələrin bədxassəli şişə çevrilməsinin özündə antioksidant qorunma və nukleotid sintezindəki artımı ehtiva etdiyini müəyyən ediblər.
 
Maide.Az "sputnik"-ə istinadla xəbər verir ki, bununla bağlı araşdırma "Cell Metabolism" jurnalında yayımlanıb.
 
Pensilvaniya Universiteti yanında Perelman Tibb məktəbinin mütəxəssisləri ilk dəfə olaraq bədənin bütün hüceyrələrində aktiv olan və karbohidratların normal emalında iştirak edən ferment istehsal edən G6PD genini müəyyən ediblər.
 
 Bu prosesin insan hüceyrələrini xərçəng hüceyrələrinə çevirdiyi və siçanlardakı şişlərə səbəb olduğu aşkar edilib.
 
Belə ki, alimlər daha sonra transformasiya üçün hansı yolların vacib olduğunu müəyyənləşdirən əlaqəli mexanizmləri analiz ediblər. Məlum olub ki, oksidləşdirici stresə səbəb olan şərtlərdə normal hüceyrə deformasiyaya uğrayır, xərçəng hüceyrəsi isə aktiv fəaliyyət göstərir.
 
Alimlərin fikrincə, yeni məlumatlar sübut edir ki, antioksidantlar şiş böyüməsini azaltmır, əksinə, artmasını dəstəkləyir.
 
Eyni zamanda tədqiqat nukleotidlərin biosintezinə müdaxilə edən birləşmələrin xərçəng üçün ən uğurlu kimyəvi terapiya dərmanları arasında niyə olduğunu da izah edir. 

Google+ WhatsApp ok.ru