Xalid Bağırov: “Beynəlxalq etirazların Rəsul Cəfərovun işinə nə qədər təsir etməsi siyasi iradəyə bağlıdır”

Rəsul Cəfərova 6 il 6 ay iş kəsilməsi bir çox təşkilatlarda və ölkələrdə etirazlara səbəb olub. Belə ki, ABŞ Dövlət Departamentinin sözçüsü vəzifəsini icra edən Marie Harf bildirib ki, İnsan Haqları Klubunun təsisçisi və sədri olan Cəfərovun ötən ilin avqustunda həbsi insan haqları fəallarına geniş təzyiqlərin bir hissəsi idi: “Biz tanınmış insan haqları fəalı Rəsul Cəfərova əsasən siyasi motivli sayılan ittihamlarla altı il yarım həbs cəzası verilməsindən dərin narahatlıq hissi keçiririk”. ATƏT Parlament Assambleyasının demokratiya, insan haqları və hümanitar məsələlər üzrə komitəsinin sədri İsabel Santos Azərbaycanda hüquq müdafiəçisi Rəsul Cəfərovun 6 ay yarım həbs cəzasına məhkum edilməsini pisləyib. ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç məşhur hüquq müdafiəçisi Rəsul Cəfərovun azadlıqdan məhrum edilməsi haqqında hökmü pisləyib. Bu etirazların R.Cəfərovun işinə nə qədər müsbət təsir edəcəyini isə zamanla görəcəyik.
 
Rəsul Cəfərovun həbsi ilə  bağlı işi Avropa Məhkəməsində aparan vəkil Xalid Bağırov Deyerler.org-a fikirlərini bölüşərkən bildirib ki, Rəsul Cəfərova qarşı irəli sürülən ittihamlar hüquq deyil, siyasidir və çıxarılan hökm də siyasi oldu: “Bu etirazların R.Cəfərovun işinə nə dərəcədə müsbət təsirinin olacağı da siyasi iradəyə bağlıdır. Bu iş prokurorların və məhkəmələrin qəbul etdiyi məsələlərdən asılı deyil. R.Cəfərovun azad edilməsi məsələsi də siyasi hakimiyyətin qəbul edəcəyi qərarlardır. Görünən odur ki, siyasi hakimiyyət bütün məntiqi düşünmə qabliyyətini itirib.  Olimpiya Oyunları ərəfəsində bu cür qərarlar verirlər. Düşünürlər ki, bu məsələ belə də gedəcək. Amma bilmirlər ki, bu cür qərarlar Azərbaycan hökumətinin imicini sıfıra endirəcək qərarlardır”./
 

Google+ WhatsApp ok.ru