Xalid Bağırov Leyla Yunusun müdafiəsindən uzaqlaşdırılıb

Vəkil Xalid Bağırov həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun müdafiəsindən uzaqlaşdırılıb. Bu haqda AzadlıqRadiosuna Xalid Bağırovun özü məlumat verib. 
 
Vəkilin bildirdiyinə görə, ona həmçinin noyabrın 5-də 2 saylı Bakı İstintaq Təcridxanasında saxlanan digər hüquq müdafiəçisi Rəsul Cəfərovla görüşə də icazə verilməyib:
 
«Təcridxanaya getdim. Öncə Leyla xanımla görüşmək istədim. Dedilər ki, mənim Leyla Yunusun müdafiəsindən uzaqlaşdırılmağımla bağlı Baş Prokurorluğun İstintaq İdarəsindən məktub alıblar. Daha sonra Rəsul Cəfərovla görüşmək istədim. Mənə dedilər ki, eyni idarə həmçinin Rəsul Cəfərovla görüşümə də qadağa qoyub».
 
Bundan öncə vəkil Cavad Cavadov Leyla Yunusun müdafiəsindən uzaqlaşdırılmışdı. /

Google+ WhatsApp ok.ru