Xalid Bağırov vəkillikdən uzaqlaşdırılıb

Buna səbəb kimi Kollegiya vəkilin “Azərbaycanda ədalət yoxdur, ədalət olsaydı, məhkəmə ədalətsiz hökm çıxarmazdı” çıxışını göstərib
 
Vəkil Xalid Bağırov 10 dekabrda Vəkillər Kollegiyasının qərarı ilə vəkillikdən uzaqlaşdırılıb. Maide.az xəbər verir ki, bu barədə məlumat verən vəkil səbəb kimi onun Şəki Apellyasiya Məhkəməsində çıxışının göstərildiyini bildirib. “İlqar Məmmədovun vəkili olaraq Şəki Apellyasiya Məhkəməsindəki çıxışımda “Azərbaycanda ədalət yoxdur, ədalət olsaydı, məhkəmə ədalətsiz hökm çıxarmazdı” demişdim. Kollegiya bu  hissəni dövlətçiliyə qarşı çıxış, vəkilliyi nüfuzdan salmaq kimi qiymətləndirib. İntizam Komissiyasında çıxışımın müzakirə olunduğunu bilirdim. Bu gün  saat 10-da vəkilliyimə xitam verilməsi ilə bağlı qərar verilib. Bununla bağlı Vəkillər Kollegiyası məhkəməyə müraciət edib”.   
 
Xalid Bağırov deyib ki, onun vəkillikdən uzaqlaşdırılması fəaliyyəti ilə bağlıdır.

Google+ WhatsApp ok.ru