Xaçmazda leysan nəticəsində 200-ə qədər evə ziyan dəyib 17 Noyabr 2020 11:22 Hadisə Ötən gün axşam saatlarından başlayaraq Xaçmaz rayonuna yağan güclü yağış bir sıra fəsadlar törədib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayon mərkəzi də daxil olmaqla bir sıra yaşayış evlərinin həyət və zirzəmilərini su basıb. Xaçmaz Fövqəladə Hallar Komissiyasının sədri Bəxtiyar Osmanovun APA-ya verdiyi məlumata görə, ümumilikdə “Qaynar xətt”ə 800-dək müraciət daxil olub. B.Osmanov bildirib ki, ilkin hesablamalar görə, 200-dək evə müxtəlif dərəcəli ziyan dəyib. Onun sözlərinə görə¸ötən gün axşam saatlarından etibarən rayonun 80 faizində elektrik enerjisinin verilişində yaranan fasilələr hissə-hissə aradan qaldırılır. Hazırda dəyən ziyanın aradan qaldırılması və dəymiş ziyanın hesablanması istiqamətində işlər davam etdirilir. Teqlər : #Xaçmazda,#leysan,#nəticəsində,#200ə,#qədər,#evə,#ziyan,#dəyib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Leysan Xaçmazda fəsadlar törədib, elektrik enerjisinin verilişi dayandırılıb Leysan Xaçmazda 20-dən çox evi dağıdıb, avtomobil körpüləri yararsız vəziyyətə düşüb - FOTO