Xaçmazda maskalı şəxslər 70 yaşlı qadının evinə basqın ediblər

Xaçmaz rayonunda oğurluq hadisəsi olub. 
Hadisə rayonun Çərkəzli kəndində baş verib.
Üzü maskalı iki şəxs Xaçmazdakı villasında istirahət edən Bakı sakini 70 yaşlı Əhmədzadə Sevda Əhməd qızının evinə basqın ediblər. Onlar S.Əhmədzadənin əlini, qolunu, ağzını bağlayaraq evdən 1000 manat pul götürüblər.
Faktla bağlı Xaçmaz rayon polis idarəsində araşdırma aparılır.

Google+ WhatsApp ok.ru