Xaçmazda minik avtomobili yük maşınına çırpılıb, ölən var

Bu gecə Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Xudat-Yalama yolunun Xaçmaz rayonunun Ləcət kəndi ərazisində keçən hissəsində minik avtomobili yük maşınına çırpılıb. Xaçmaz rayonunun Ləcət kənd sakini, 1985-ci il təvəllüdlü Kərimov Kərim Ağaşirinoviçin idarə etdiyi 27 BA 442 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik avtomobili Xaçmaz rayonunun Hacıisaoba kənd sakini, 1981-ci il təvəllüdlü Arif Əmirhəmzəyev Malikoviçin idarə etdiyi 27 BH 562 qeydiyyat nişanlı “KamAZ” markalı yük maşını ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır. 

Google+ WhatsApp ok.ru