Bəqərə, 55. Və (yadınıza salın) o zaman(ı) ki, dediniz: «Ey Musa, Allahı aşkar surətdə görməyincə, sənə əsla iman gətirməyəcəyik». Beləliklə, gözünüz baxa-baxa sizi ildırım vurdu.

Həzrət Məhəmməd (s) buyurur:
“Allah insana onun xoş xasiyyətinə görə Allah yolunda cihad edənlərin mükafatını verər.”



XANIMLAR ÜLGÜSÜ HƏZRƏT ZEYNƏB (əs)

-- HƏZRƏT ZEYNƏBDƏN (əs) GÖZƏL BİR RƏVAYƏT

Tarix : 23-01-2018 12:29

HƏZRƏT ZEYNƏBƏ (S) AD QOYMA MƏRASİMİ

Həzrət Zeynəb (s) dünyaya göz açdıqdan sonra anası xanımlar xanımı Fatimeyi Zəhra (s) onu atası möminlər ağası və əmiri həzrət İmam Əlinin (canlar ona fəda olsun) yanına gətirib dedi: “bu körpəyə ad qoyun!”. Həzrət buyurdu: mən Allahın Rəsulundan (s) irəli keçməyəcəm. Bu günlərdə həzrət Peyğəmbər (s) səfərdə idi. Səfərdən qayıtdıqdan sonra əmirəl-möminin İmam Əli (ə) o həzrətə buyurdu: körpə üçün bir ad seçin. Allah Rəsulu (s) buyurdu: “mən Allahımdan önə keçmərəm”. Bu zaman cənab Cəbrail (ə) nazil ilub Allahın salamını Peyğəmbərə (s) çatdırıb dedi: Bu köpənin adını Zeynəb (s) qoyun! Böyük Allah bu adı onun üçün seçmişdir. Sonra o həzrətə üz verəcək müsibətləri və çətinlikləri danışdı. Peyğəmbər (s) ağlayaraq buyurdu: hər kəs bu qıza ağlasa, qardaşı Həsən və Hüseynə ağlayan şəxs kimidir.3

XANIMLAR ÜLGÜSÜ HƏZRƏT ZEYNƏB (əs)
 
O səbir və şücaət təcəssümü və iffət müəlliməsi idi. Dünyaya gəlişi ilə, səbrin özünə xəcalət verdi, Zeynəb (əs). Bəli tarixin bu əfsanəsindən danışıram. Onun gəlişi, öz zülal dəqiqələri ilə eşqi məəttəl qoydu. O, gəlmişdir ki, sədaqət və vəfanı, mətanət və vuqarı dünya əhlinə öyrətsin. O, gəlmişdir öz risalətini yerinə yetirsin. O, gəlmişdir qardaşına munis, həmdərd, yavər, Hüseyn (ə) karvanına sarvan, əsirlərin qəmxarı olsun. O, məzlumların ucalmış səsi olmaq üçün gəlmişdir. Hansı ki, o səs hələ də tarixin səhifələrindən haqq axtaranların qulaqlarına çatır. Bu təəccüblü deyildir ki, onu “Ummul Məsaib – Müsübətlər anası” adlandırdılar. Dağlar qədər qəm - qüssələrə səbir etdi xanım Zeynəb (əs). Həzrət Zeynəb (əs) həmin o şəxsdir ki, əsirlər karvanına bir ana və onların dərdinə şərik idi.
 
HƏZRƏT ZEYNƏBDƏN (əs) GÖZƏL BİR RƏVAYƏT
 
Bir gün atası Həzrət Əlidən (ə) soruşdu: Məni sevirsənmi?
Həzrət Əli (ə) buyurdu: Bəli.
 
Sonra o həzrət atasının cavabında belə buyurdu: iki məhəbbət – Allah məhəbbəti və övlad məhəbbəti - möminin qəlbində yerləşməz . Deməli bu sevgi və məhəbbətin sirri belə isbat olunur ki, xalis və həqiqi sevgi Allaha, şəfqət və ürək yanqısı övladlara məxsusdur. Bu əlaqə və sevgi də Allaha xatir olur.
 
Əmirəl-möminin (ə) də xanımın bu cavabını təstiq edərək onu təriflədi.4  (rizvan.net)
 
 
--------------------
1 - Xitabəye Zeynəbi Kubra (s), Poştevaneye Emam Huseyn (ə), s55-57. Tərazul Məzhəb, s22-32
2 - Zeynəbi Kubra, s139. Şəhid Avini saytına istinadən.
3 - Fatimeyi Zəhra (s) dele Peyambər (s), s854
4- Mirza Muhəmməd Təqi Sepehr, Əl-Tərazul Məzhəb.
 
 


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
04:25
05:54
12:44
19:49
00:00
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

18-08-2018 02:02