Xankəndidə azərbaycanlı girovların məhkəməsi başlayır

Xankəndidə azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovun məhkəmə prosesi başlayır. Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, əslən Kəlbəcərdən olan soydaşlarımız 2014-cü il iyun ayının 29-da doğulduqları rayona gedərkən girov götürülüblər. O zaman onlarla birgə olan Cəbrayıl rayon sakini Həsən Həsənov isə öldürülüb.

Ermənistan tərəfi azərbaycanlı girovları işğal etdikləri Dağlıq Qarabağda təxribat törətmək cəhdində ittiham edir. Hər iki azərbaycanlıya qarşı bir neçə maddə üzrə cinayət işi açılıb.

Xankəndi məhkəməsi Şahbaz Quliyev və Dilqəm Əskərovla istintaq materiallarının artıq məhkəmə verildiyini, ancaq prosesin konkret vaxtının hələ ki müəyyənləşdirilmədiyini bildirib. Bu məhkəmə prosesinə Anatoli Tadevosyanın sədrlik edəcəyi isə artıq dəqiqləşib. /

Google+ WhatsApp ok.ru