Xanım Məsumənin (ə) hərəmi güllərlə bəzədildi - FOTO

Xanım Məsumənin (ə) hərəmi güllərlə bəzədildi - FOTO

Kəramət ongünlüyü münasibətil

İmam Museyi Kazımın (ə) qızı və İmam Rzanın (ə) bacısı Həzrət Fatimeyi-Məsumənin (s.ə) İranın Qum şəhərindəki mütəhhər hərəmi mövlud münasibətilə özünəməxsus bəzədilib. 
 
Maide.Az xəbər verir ki, Kəramət ongünlüyü münasibətilə İranın hər yerindən və ölkə xaricindən minlərlə zəvvar Qum şəhərində Həzrət Məsumənin (s)  və Məşhəd şəhərindəki İmam Rzanın (ə) hərəminə axışır.
 
Bu mübarək günlərdə İmam Rzanın (ə) hərəmi də özünəməxsus bəzədilib. Mübarək mövlud ərəfəsində  hərəmlərin bütün meydanları, fəvvarələri, sütunlu dəhlizləri güllərlə bəzədilib. Hərəmdə asılan rəngli işıqlar da axşam saatlarında müqəddəs ziyarətgaha xüsusi bir rəng qatır.
 
 Qeyd edək ki, Kəramət ongünlüyü Əhli-Beytin (ə) səkkizinci nuru Həzrət İmam Rzanın (ə) əziz bacısı xanım Fatimeyi Məsumənin (s.ə) mövlud günündən - 23 iyundan İmam Rzanın (ə) mövlud gününə - 3  iyula kimi davam edir. "Kəramət Ongünlüyü Əhli Beyt (ə) dostlarının şənlik günləri sayılır.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru