Xanım Zeynəbin (s.ə) və Həzrət Ruqəyyənin (s.ə) məqbərələri genişləndirilir

Xanım Zeynəbin (s.ə) və Həzrət Ruqəyyənin (s.ə) məqbərələri genişləndirilir

-- Layihə hazırlanıb

Suriyanın paytaxtı Dəməşq şəhəri yaxınlığında yerləşən Həzrət Zeynəbin (s.ə) hərəminin genişləndirilməsi layihəsi hazırdır.
 
Maide.Az "İslaminSesi"-ə istinadən  xəbər verir ki, bunu İran İslam Respublikası müqəddəs yerlərin yenidən qurulması komitəsi rəisi Həsan Bəlarik  deyib. 
 
Onun sözlərinə görə,layihəyə Həzrət Zeynəbin (ə) hərəmi ilə bərabər İmam Hüseynin (ə) şəhid qızı Xanım Ruqəyyənin (s.ə) mübarək hərəmi də daxildir.
 
Layihənin icrasından əsas məqsəd UNESCO-nun bölgədəki tarixi binaların yenidən bərpa olunması fonunda zəvvarlara rahat və geniş  xidmətlərin göstərilməsidir. 
 
O Nəcəf və Kərbəlada olan ziyarətgahlarda da  genişlənmə layihələrinin icrasından  danışıb: "Bu ilin sonuna kimi Nəcəf şəhərində Müqəddəs Həzrət Əlinin (ə) hərəmində genişlənmə işləri sona çatacaq. Eləcə də Kərbəla şəhərində yerləşən İmam Hüseyn (ə) hərəminin “Əl-əqilətu  Zeynəb”  səhnində işlər davam etdiriləcək". 
 
H.Bəlarikin sözlərinə görə, işləmək üçün bütün zəruri materiallar İrandan  təmin olunub.  
 

Google+ WhatsApp ok.ru