Xanım Zeynəbin (s.ə) ziyarətgahının yenilənmiş zərihinin açılışı keçirildi - FOTO

Xanım Zeynəbin (s.ə) ziyarətgahının yenilənmiş zərihinin açılışı keçirildi - FOTO

Həzrət Zeynəbi-Kubranın (s.ə) Suriyada yerləşən müqəddəs ziyarətgahının yenilənmiş qızıl zərihinin açılış mərasimi keçirilib.
 
Maide.Az "deyerler.org" saytına istinadən xəbər verir ki, İmam Məhəmməd Cavadın (ə) mübarək mövlud günü təşkil olunan açılış mərasimi Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb.
 
Mərasimdə Ali Rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin Suriyadakı nümayəndəsi də iştirak edib.
 
Xatırladaq ki, Həzrət Zeynəbi-Kubranın (s.ə) müqəddəs ziyarətgahının qızıl zərihin üst tac hissəsi Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəminin nəzdindəki Əl-Səqqa fabrikində hazırlanaraq quraşdırılmışdı.
 
Uzunluğu 4.15 metr, eni 3.15 metr və hündürlüyü təxminən 1.10 metr olan zərihin üst tacının istehsalında paslanmayan poladdan, gümüşdən və misdən, 2 kq qiymətləndirilən yüksək əyarlı qızıldan və taxta quruluşun hazırlandığı isə burma ağacından istifadə edilmişdir. Qızıl lövhələrin üzərində isə Quranın Yunis surəsindən ayələr yazılıb.
 
Qızıl zərihi əlindən gələni edə bilən bacarıqlı xəttat və dizaynerlər hazırlayır.
 
Damın və tacın ümumi çəkisi 550 kq-dır. İstehsalında təqribən 250 kq. mis, hissələr və bəzəklərə (2 kq) 24 karatlıq qızıldan istifadə edilib.
 
Taxta quruluşun istehsalında istifadə edilən ağacın çəkisi təxminən (300 kq) təşkil edir.
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru