Xanım Zeynəbin (s) hərəmində məhərrəmlik hazırlıqları

Xanım Zeynəbin (s) hərəmində məhərrəmlik hazırlıqları

Məhərrəm ayının başlaması ilə əlaqədar Həzrəti Zeynəbin (s.ə) hərəmində hazırlıq işləri aparılır. 
 
Maide.Az xəbər verir ki,  Kərbəladan Həzrət Əbəlfəzl Abbasın (ə) müqəddəs hərəmində çalışan bir qrup şəxs məhərrəm ayının daxil olması və Kərbəla şəhidlərinin xatirələrinin yaşadılması ilə əlaqədar Xanım Zeynəbin (s.ə) pak hərəmində  məhərrəmlik hazırlıqlarını görmək üçün Suriyaya ezam olunub. 
 
Onlar hərəmdə mövcud olan elektrik problemini və səsgücləndiriciləri  düzəldib.  
 
Hərəmin çilçiraqları təmizlənib,  bəziləri yenilənib.  Xanım Zeynəbin (s.ə) zərihini isə xüsusi maddə ilə təmizləyiblər.  
 
Qeyd edək ki, hərəmin təkfirçi qrupların atdığı bombalar nəticəsində xəsarət almış  pəncərələri də dəyişdirilib.

Google+ WhatsApp ok.ru