Xanım Zeynəbin (s.ə) və Həzrət Ruqəyyənin (s.ə) məqbərələri genişləndirilir 17 Aprel 2018 01:00 Dünya -- Layihə hazırlanıb Suriyanın paytaxtı Dəməşq şəhəri yaxınlığında yerləşən Həzrət Zeynəbin (s.ə) hərəminin genişləndirilməsi layihəsi hazırdır. Maide.Az "İslaminSesi"-ə istinadən xəbər verir ki, bunu İran İslam Respublikası müqəddəs yerlərin yenidən qurulması komitəsi rəisi Həsan Bəlarik deyib. Onun sözlərinə görə,layihəyə Həzrət Zeynəbin (ə) hərəmi ilə bərabər İmam Hüseynin (ə) şəhid qızı Xanım Ruqəyyənin (s.ə) mübarək hərəmi də daxildir. Layihənin icrasından əsas məqsəd UNESCO-nun bölgədəki tarixi binaların yenidən bərpa olunması fonunda zəvvarlara rahat və geniş xidmətlərin göstərilməsidir. O Nəcəf və Kərbəlada olan ziyarətgahlarda da genişlənmə layihələrinin icrasından danışıb: "Bu ilin sonuna kimi Nəcəf şəhərində Müqəddəs Həzrət Əlinin (ə) hərəmində genişlənmə işləri sona çatacaq. Eləcə də Kərbəla şəhərində yerləşən İmam Hüseyn (ə) hərəminin “Əl-əqilətu Zeynəb” səhnində işlər davam etdiriləcək". H.Bəlarikin sözlərinə görə, işləmək üçün bütün zəruri materiallar İrandan təmin olunub. Teqlər : #Xanım Zeynəbin (s.ə) və Həzrət Ruqəyyənin (s.ə) məqbərələri genişləndirilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Taliban` Kabilin elektrik xətlərini partlatdı İŞİD terror qruplaşmasına qoşulmuş 3 Azərbaycanlı qadın edam olunacaq
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO