Xaricdən valyuta ilə gələn pul göndərişləri...

Azərbaycan banklarında xaricdən göndərilən valyutanın ünvanına çatdırılması ilə bağlı problem həll olunmaqdadır.
 
Bu, fins.az əməkdaşlarının bank filiallarında apardığı müşahidələr nəticəsində məlum olub. Xatırladaq ki, Azərbaycanda manatın kəskin devalvasiyasından sonra ölkədə dollar qıtlığı yaşandığı üçün, xaricdən göndərilən valyuta, xüsusilə dollar yerli banklarda vətəndaşlara verilmirdi. Əvəzində insanlara valyutanın alış məzənnəsinə uyğun olaraq manat təklif olunurdu.
 
Hazırda isə bəzi banklarda bu problem aradan qaldırılıb və göndərilmiş pulu olduğu kimi götürmək mümkündür.

Google+ WhatsApp ok.ru