Xaricdə dövlət xətti ilə təhsil alan azərbaycanlıların sayı iki dəfədən çox azalıb 13 İyun 2019 09:09 Ölkə Bu tədris ili ərzində xarici ölkələrdə dövlət xətti ilə təhsil alan azərbaycanlı tələbələrin sayı iki dəfədən çox azalıb. Maide.Az bildirir ki, Trend-in məlumatına görə, 2013-2014-cü tədris ilində xaricdə Azərbaycan vətəndaşı olan 3035 tələbə dövlət xətti ilə təhsil aldığı halda, 2017-2018-ci ildə bu rəqəm 1800-ə, 2018-2019-cu tədris ilində isə bu say daha da azalaraq 751-ə enib. Azərbaycan vətəndaşları dövlət xətti ilə təhsil almaq üçün daha çox Türkiyənin ali təhsil müəssisələrini seçirlər. Ötən müddətə baxdıqda görmək olar ki, bu ölkədə dövlət xətti ilə təhsil alan azərbaycanlıların sayı təxminən 2 dəfə azalıb. 2013-2014-cü ildə Türkiyədə 1024 azərbaycanlı tələbə təhsil aldığı halda, 2017-2018-ci tədris ilində bu rəqəm 569, 2018-2019-cu tədris ilində 243-ə olub. Azərbaycan vətəndaşlarının dövlət xətti ilə təhsil almaq üçün üstünlük verdiyi 2-ci ölkə Rusiyadır. 2013-2014-cü ildə Rusiyada 377 azərbaycanlı tələbə dövlət xətti ilə təhsil aldığı halda, 2017-2018-ci tədris ilində bu rəqəm 215-ə, 2018-2019-cu tədris ilində 184-ə enib. Azərbaycan vətəndaşları təhsil almaq üçün daha sonra Böyük Britaniya, Almaniya, Kanada, Niderland və digər Avropa ölkələrini seçirlər. 2017-2018-ci tədris ili üzrə məlumata əsasən, Böyük Britaniyada 289 (5 il əvvəl 499), Almaniyada 188 (5 il əvvəl 351), Kanadada 137 (5 il əvvəl 179), Niderlandda 98 (5 il əvvəl 67) tələbə dövlət xətti ilə təhsil alır. Bu tədris üzrə olan məlumata görə isə Böyük Britaniyada dövlət xətti ilə təhsil alan Azərbaycan vətəndaşlarının sayı 92, Almaniyada 98, Kanadada 48, Niderlandda 8-dir. Teqlər : #Xaricdə,#dövlət,#xətti,#ilə,#təhsil,#alan,#azərbaycanlıların,#sayı,#iki,#dəfədən,#çox,#azalıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabahın hava proqnozu açıqlanıb May ayı ərzində nikaha daxil olmaq istəyən 12 nəfərdə sifilis, 4-də QİÇS aşkarlanıb