Xaricdə təhsilin enişi

Xaricdə təhsilin enişi

-- Dövlət xəttilə xaricdə təhsil alan azərbaycanlıların sayı azalıb

"Trend.az" da "Dövlət xəttilə xaricdə təhsil alan azərbaycanlıların sayı azalıb" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif son 5 ildə xarici ölkələrdə dövlət xəttilə təhsil alan azərbaycanlı tələbələrin kəmiyyət baxımından əhəmiyyətli dərəcədə azalmasını müzakirə müstəvisinə çıxarır.
 
Müəllif xaricdə dövlət xəttilə təhsil alan azərbaycanlı tələbələrin say baxımından əhəmiyyətli dərəcədə azalmasını rəsmi statistik rəqəmlərə istinadən diqqətə çatdırdığını bildirir.
 
"Statistik məlumatlara istinadən aparılan təhlillərə əsasən, 2013-2014-cü tədris ilində Azərbaycan vətəndaşı olan 3035 nəfər tələbə dövlət xətti ilə xaricdə təhsil aldığı halda, 2017-2018-ci ildə bu rəqəm 1800 nəfərə enib".
 
Müəllif Azərbaycan vətəndaşlarının dövlət xətti ilə təhsil almaq üçün daha çox Türkiyənin ali təhsil müəssisələrinə üstünlük verdiklərini bildirir.
 
Məqalədə statistik rəqəmlərin müqayisəsi əsasında vurğulanır ki, ötən müddət ərzində bu ölkədə dövlət xətti ilə təhsil alan azərbaycanlıların sayı təxminən iki dəfə azalıb.
 
Müəllif deyir ki, əgər dövlət xəttilə xaricdə təhsil dövlət proqramı əsasında 2013-2014-cü ildə Türkiyədə 1024 azərbaycanlı tələbə təhsil alırdısa, 2017-2018-ci tədris ilində bu rəqəm 569 nəfər olub.
 
Yazı müəllifi Azərbaycan vətəndaşlarının dövlət xətti ilə təhsil almaq üçün üstünlük verdiyi ikinci ölkənin Rusiya olduğunu nəzərə çatdırır.
 
Müəllif haqqında bəhs edilən xaricdə təhsil dövlət proqramı əsasında 2013-2014-cü ildə Rusiyada 377 azərbaycanlı tələbə təhsil aldığı halda, 2017-2018-ci tədris ilində bu rəqəmin 215 nəfərə endiyini bildirir.
 
Yazı müəllifinin sözlərinə görə, bu iki ölkədən sonra Azərbaycan vətəndaşları təhsil almaq üçün Böyük Britaniya, Almaniya, Kanada, Niderland və digər Avropa ölkələrini seçirlər.
 
Statistik rəqəmlərə istinad edən müəllif heç bu ölkələrdə də dövlət xəttilə təhsil alanların sayında pozitiv göstərici olmadığını deyir.
 
Müəllif 2017-2018-ci tədris ili üzrə statistikaya istinadən deyir ki, beş il öncə Böyük Britaniyada dövlət xəttilə 499 nəfər Azərbaycan vətəndaşı təhsil alırdısa, indi bu rəqəm 289 nəfərə enib.
 
Yenə də bu hesabla beş il əvvəl Almaniyada 351 azərbaycnalı tələbə təhsil aldığı halda indi bu rəqəm 188 həddinə düşüb.
 
Müəllif deyir ki, beş il əvvəl Kanadada 179 nəfər azərbaycanlı təhsil alırdısa, indi bu rəqəm cəmi 137 nəfərə bərabər olub.

Google+ WhatsApp ok.ru