Xaricdə yaşayan azərbaycanlı dövlət rüsumu ödəyəcək

Xaricdə yaşayan azərbaycanlı dövlət rüsumu ödəyəcək

Azərbaycan vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran xaricdə yaşayan azərbaycanlı dövlət rüsumu ödəyəcək.
 
Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanununda dəyişiklik layihəsində əksini tapıb.
 
Layihə səsverməyə qoyularaq qəbul olunub.
 
İndiyədək Azərbaycan vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran xaricdə yaşayan azərbaycanlı dövlət rüsumu ödəmirdi. (report) /

Google+ WhatsApp ok.ru