Xarici dövlət borcu 6,4 faiz artıb

2016-cı il yanvarın 1-i üçün Azərbaycanın xarici dövlət borcu 6,894.3 milyon ABŞ dolları təşkil edib. Ötən il xarici dövlət borcu $416,1 mln və ya 6,4% artıb, deyə Maliyyə Nazirliyi bildirir.
 
Həmin mənbəyə görə, 2015-ci ildə dövlət borcuna xidmət üçün 700 mln manat dövlət büdcəsi vəsaiti yönəldilib.
 
Xarici borcun yarıdan çoxu (58,6%) 10 ilə qaytarılmalıdır. Maraqlıdır, bir il əvvəl Maliyyə Nazirliyi ictimaiyyəti sakitləşdirirdi ki, $6 mlrd 478,2 mln xarici borcun 7,3%-i 10 il ərzində qaytarılmalıdır.
 
Borcalma şərtlərinə görə, xarici borcun üçdə biri 10-20 il qaytarılmalıdır. Ötən ilin yanvarında Maliyyə Nazirliyi məlumat vermişdi ki, bu dövrdə dövlət xarici borcun 60,2%, 20 ildən sonra 32,5%-i qaytarmalıdır.
 
2015-ci ildə  Azərbaycanın xarici dövlət borcu manat ekvivalentində 2 dəfə artaraq 10 mlrd 751 mln manata çatıb. Bu, manatın devalvasiyasının nəticəsidir.
 
Xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti il ərzində 8,6%-dən 19.8 faizə artıb.
 
Turan-ın təxmini hesablamasına görə, Azərbaycanın hər sakininə $710 xarici borc düşür. contact /

Google+ WhatsApp ok.ru