Xarici investisiya kabusu: korrupsiya və inhisar

Xarici investisiya kabusu: korrupsiya və inhisar

"Novoye Vremya" qəzetində diqqəti "Xarici investisiyanın azalması - meyl, ya qanunauyğunluq?" sərlövhəli məqalə maraq doğurur.
 
Müəllif Azərbaycan iqtisadiyyatına xarici investisyanın azalması səbəblərini müzakirəyə çıxarır.
 
Məqalə müəllifi deyir ki, ölkənin neft sektoruna xarici investisiya qoyuluşu azalıb, amma qeyri-neft sektorunun maliyyələşdirilməsi 21%, daha dəqiq, qeyri-neft sənayesi 72,8% artıb.
 
Müəllif rəsmi mənbələrə istinadən deyir ki, 2018-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala xarici investisiya qoyuluşu 3992.4 milyon manat olub və aylıq müqayisədə bu ilin avqust ayında investisiya qoyuluşu 8,8% azalıb: "Etiraf etmək lazımdır ki, Azərbaycan iqtisadiyyatına xarici investisya qoyuluşu bir ildən artıqdır ki davam edir. Bu, heç də təsəlliverici hal deyil, belə ki, məhz qeyri-neft sektoru xairici investisiyalara ehtiyac duyur. Xarici investorlar isə kapitallarını daha tez artırmaq üçün neft-qazla bağlı sahələrə qoyurlar".
 
Müəllifə görə, burada daha bir maraqlı məqam budur ki, xarici investorlar Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyulmasna ehtiyatla yanaşırlar, odur ki, indiki halda bu sahəyə xarici investisiya qoyulmasının azalması heç də arzu edilən deyil.
 
Müəllifin sözlərinə görə, xarici investisiyanın azalması səbələri isə çoxdur, belə ki, bu, ilk növbədə biznes mühitində əlverişsiz rəqabətin mövcudluğudur.
 
Daha bir səbəb isə inhisar və korrupsiyadır, bunlar biznesdə müsbət rola malik ola bilməz, Azərbaycan iqtisadiyyatında isə bu iki neqativin yüksək olması faktdır.
 
Müəllif deyir ki, xarici şirkətlər belə mühitdə fəaliyyətə vərdiş etməyiblər, odur ki, inhisar və korrupsiyanın miqyası xarici investorları çəkindirir.
 
Məqalə müəllifinin sözlərinə görə, digər tərəfdən isə iqtisadi islahatların uğurlu olması ölkəyə xarici investisiyanın qoyuluş həcmindən asılı olacaq, amma nə əvvəlki, nə indiki yeni Nazirlər Kabineti bu sahədə xaricilər üçün bazarı cəlbedici edə bilməyiblər.
 
Yazı müəllifi iddia edir ki, dünya bazarında neftin qiymətinin nisbi artımı isə islahatlar mövzusunu arxa plana keçirib.
 
Müəllif hesab edir ki, neft qiymətinin artımı hesabına manatın sabitliyi, ÜDM-in, eləcə də qeyri-neft sektorunun cüzi artımı hakimiyyətdə olan bəzi qüvvələrdə müvəffəqiyyətdən başgicəllənmə yaradıb, lakin "uğur" illüziyası bir neçə il öncəki fəlakəti təkrar yaşada bilər. /contact.az/
 

Google+ WhatsApp ok.ru