Xarici ticarət real ifadədə 14 faiz azalıb

Xarici ticarət real ifadədə 14 faiz azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. 110 ölkəyə məhsul ixrac, 173 ölkədən isə idxal olunub.
 
Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) məlumatında yazılır.
 
DSK bildirir ki, göstəricilərdə gömrük orqanlarında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın dəyəri də nəzərə alınıb.
 
Nəticədə bu ilin yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi 15 milyard 21.2 milyon ABŞ dolları olub. İxracın dəyəri 9 milyard 720.4 milyon dollar, idxalın dəyəri isə 5 milyard 300.8 milyon dollar təşkil edib.
 
«4 milyard 419.6 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 7 faiz artıb, real ifadədə isə 13.3 faiz, o cümlədən ixrac 8.9, idxal 20 faiz azalıb», - məlumatda vurğulanıb.
 
Ticarət dövriyyəsinin 35.7 faizi Avropa Birliyi, 13.2 faizi MDB, 51.1 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.
 
DSK həmçinin bildirir ki, 2017-ci ilin yanvar-avqust aylarında 963.5 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Bu da 2016-cı ilin yanvar-avqust aylarına nisbətən faktiki qiymətlərlə 30.1, real ifadədə isə 27.4 faiz çoxdur.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru