Xeyirli işin davamı

Xeyirli işin davamı

İslam Peyğəmbəri (s):

اِسْتِتْمَامُ الْمَعْرُوفِ خَيْرٌ مِنْ إِبْتِدائِهِ

“Xeyirli bir işin davamı onu başlamaqdan üstün və əhəmiyyətlidir.”

(“Nəhcül-fəsahə”, səh.53, hədis 271.)

Qısa izah

Adətən, ictimai həyat mühitində faydalı təklif və işlərlə qarşılaşırıq ki, bəzən onlar yarımçıq və sona çatdırılmamış şəkildə qoyulmuş olur. Həmin işləri görən kəslər hansısa bir hərəkətverici qüvvənin təsiri altına düşərək əzm və iradə ilə işə başlayırlar, amma tez bir zamanda işi sona yetirmək hissi və şövq onlarda soyuduğu üçün öz məqsədlərinə çata bilmirlər.

İslam dinində hər bir faydalı işi başlayıb sona çatdıran ciddi, çalışqan və imanlı şəxslər təriflənir, təşviq edilir.

Gözəl və müsbət işləri təkmilləşdirərək ərsəyə çatdırmaq insanların digər bəyənilən işlərə təşviq edilməsinə səbəb olur. Eyni zamanda, camaat keçmişdə həyata keçirilən yaxşı işlərin nöqsanlı və sona çatdırılmamış olduğunu gördükləri zaman, digər xeyirli işləri yerinə yetirmək rəğbətindən məhrum olur.

Hazırladı: Maide.az – Maarif bölməsi

 

 

 

Google+ WhatsApp ok.ru