Xeyriyyə işləri üzrə qanun layihəsi İngiltərə müsəlmanlarına problemlər yaradıb

İngiltərənin baş naziri Devid Kemeronun xeyriyyə işləri ilə bağlı yeni təklifləri müsəlmanlara problemlər yaradıb.
Maide.az-ın məlumatına görə, yeni təkliflər xeyriyyə təşkilatlarının səlahiyyətlərini artırıb, lakin müsəlmanların başçılıq etdiyi təşkilatlara nəzarəti gücləndirib.
Beləliklə, qanun layihəsi Xeyriyyə Komissiyasına, nəzarət üçün yararsız hesab etdiyi istənilən nümayəndəni kənarlaşdıra bilmə haqqını verir. Yeni qanun həmçinin bu komissiyaya "ictimai etimadı qorumaq üçün" bütün müsəlman xeyriyyəçi təşkilatları kənarlaşdıra bilmə haqqı verir və yaxud da az əhəmiyyətli məsəslələrdə rəsmi xəbərdarlıq  edə bilmə haqqı verir.
Yeni qanun çərçivəsində müsəlman icmalarına qarşı artıq bir neçə tədbir görülüb.
HSBC bankı tərəfindən FinsburyPark-da məscidinin və bir neçə müsəlman təşkilatlarının hesabları bağlanılıb. //

 

Google+ WhatsApp ok.ru