XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin GÖRÜŞ VAXTI barədə 06 Aprel 2019 08:40 Qarabağ xəbərləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin birinin paytaxtında baş tutacaq. Maide.Az bildirir ki, bunu Trend-ə özəl açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib. L.Abdullayeva bildirib ki, hazırda görüşün tarixi ilə bağlı danışıqlar aparlır. Mətbuat katibi xatırladıb ki, martın 29-da Vyanada Azərbaycan və Ermənistan rəhbərlərinin görüşündə qəbul olunmuş birgə bəyanatda yaxın zamanlarda iki ölkənin xarici işlər nazirləri arasında görüş keçirilməsi ilə bağlı razılığa gəlindiyi qeyd olunub: "Bununla əlaqədar Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüssel səfəri çərçivəsində belə bir açıqlama ilə çıxış etdi ki, nazirlərin qarşıdan gələn görüşü barədə razılaşma əldə olunub və belə bir görüş yaxın zamanlarda həmsədr ölkələrinin birinin paytaxtında baş tutacaq. Konkret görüşün vaxtına gəlincə, bu məsələ Bakı və Yerevan arasında razılaşdırılandan sonra bəyan ediləcək". Teqlər : #XİN,#Azərbaycan,#və,#Ermənistan,#xarici,#işlər,#nazirlərinin,#GÖRÜŞ,#VAXTI,#barədə, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kəlbəcərin işğalından 26 il ötür Anjey Kaspşikin iştirakı ilə qoşunların təmas xəttində monitorinq keçiriləcək
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni