Xocalı soyqırımı ilə bağlı beynəlxalq hərbi tribunala müraciət ediləcək 28 Noyabr 2016 02:00 Qarabağ xəbərləri Azərbaycan Xocalı soyqırımına hüquqi qiymətin verilməsi ilə bağlı beynəlxalq hərbi tribunala müraciət edəcək. Bu barədə Milli Məclisdə “Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasına hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimatında vitse spikeri Bahar Muradova bildirib. O qeyd edib ki, soyqırımından 25 il keçməsinə baxmayaraq, bu cinayəti törədənlərdən hələ də heç kim cəzalandırılmayıb. B. Muradovanın sözlərinə görə, “Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasına hüquqi aspektlərinin öyrənilməsi” layihəsi hərbi tribunala müraciətlə bağlı araşdırma aparacaq, Xocalı ilə bağlı hazırlanacaq yeni qanun layihəsi isə buna hüquqi şərait yaradacaq.(fkatxeber) Teqlər : #Xocalı soyqırımı ilə bağlı beynəlxalq hərbi tribunala müraciət ediləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Düşmən atəşkəs rejimini 27 dəfə pozub Düşmən atəşkəs rejimini 24 dəfə pozub
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni