Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində döyüşlər davam edir

Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində döyüşlər davam edir

Cəbhədə oktyabrın 27-nə olan son vəziyyət

Yeni humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 26-sı gün ərzində və 27-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.
 
Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Hücum etmək cəhdlərinin qarşısı alınan düşmən itki verərək geri oturdulub.
 
 
Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Google+ WhatsApp ok.ru