Magistraturaya qəbul olanların qeydiyyatı başlayır

Magistraturaya qəbul olanların qeydiyyatı başlayır

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmuş bakalavrlara müraciət edib.
 
Maide.Az xəbər verir ki, Mərkəzin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ali təhsilin magistratura səviyyəsinə qəbul olmuş şəxslər iyulun 13-dən 22‑dək elektron qaydada portal.edu.az platformasında qeydiyyatdan keçə bilərlər.
 
 “Ali təhsilin magistratura səviyyəsinə qəbul olmuş şəxslər elektron qaydada ali təhsil müəssisələrinə qeydiyyatdan keçməlidirlər. Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Qeydiyyat 2021-ci il iyulun 13-dən 22‑dək davam edəcək.
 
2021/2022-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olmuş bakalavrlar isə AMEA-da qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:
 
- Bakalavrın təhsilini başa vurduğunu təsdiqləyən sənəd (diplom və ya arayış);
 
- Şəxsiyyəti təsdiq edən sənədin surəti – 2 nüsxə;
 
- Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında sənədin surəti – 2 nüsxə;
 
- 3x4 sm ölçüdə rəngli fotoşəkil – 4 ədəd;
 
- Ödənişli əsaslarla qəbul olunanlar üçün təhsil haqqının ödənilməsi haqqında qəbzin surəti – 2 nüsxə;
 
- Təhsil haqqından azad olmaq hüququna malik olanların müvafiq sənədlərinin (vəsiqələrinin) notarial təsdiqi.
 
Magistraturaya qəbul olmuş bakalavrların qeydiyyatı 2021-ci il iyul ayının 13-dən 22-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyəti aparatı Təhsil şöbəsinin Magistratura sektorunda aparılacaq.
 
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər”, - deyə məlumatda qeyd olunub.

Google+ WhatsApp ok.ru