Xorvatiyada daha bir məscid istifadəyə verildi

Xorvatiyada daha bir məscid istifadəyə verildi

-- Ölkədə ümumilikdə isə 26 dini mərkəz fəaliyyət göstərir.

Xorvatiyanın şərqindəki Buqulya kəndində məscidin açılışı olub.
 
Maide.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu, Zaqreb, Bandar Rika və Quncadan sonra ölkədəki 4-cü məsciddir.
 
Ölkədə ümumilikdə isə 26 dini mərkəz fəaliyyət göstərir.
 
Xorvatiya müftisi Əziz Əfəndi Həsənoviç bildirib ki, bu məscidin məqsədi İslamı gəncliyə tanıtmaqdır:
 
"Belə yerli məscidlər gəncləri İslam haqqında düşünmək üçün məlumatlandıracaq. Xorvatiyadakı İslam dini mərkəzləri digər dinlər və mədəniyyətlərlə qarşılıqlı əlaqədədir.
 
Qeyd edək ki, 2011-ci il statistikasına görə, Xorvatiyada 63 min müsəlman yaşayır.
 

Google+ WhatsApp ok.ru