Xorvatiyada etiraz aksiyaları səngimir

Xorvatiyada etiraz aksiyaları səngimir

-- Serbiya Prezidentinin rəsmi səfəri kütləvi etirazlarla qarşılanıb

Zaqrebin mərkəzi küçələrində etiraz aksiyaları səngimir.
 
Maide.Az "azərtac"-a istinadən  xəbər verir ki, Xorvatiyanın milli televiziyası “HRT”nin məlumatına əsasən, Serbiya Prezidenti Aleksandr Vuçiçin Xorvatiyaya bu ölkənin Prezidenti Kolinda Qrabar-Kitaroviçin dəvəti ilə baş tutan iki günlük rəsmi səfəri kütləvi etirazlarla qarşılanıb.
 
Bununla bağlı təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb. Aksiya işitrakçıları əllərində “Serbiya Xorvatiyada törədilən soyqırımı üçün cavab verməlidir” banerlərini, Xorvatiyanın və veteran təşkilatlarının bayraqlarını daşıyırlar.
 
Qeyd edək ki, iki ölkə arasında davam edən gərgin münasibətlər artıq bir neçə ildir davam edir. Xorvatiyanın “HİNA” xəbər agentliyi Aleksand Vuçiçi Serbiyanın ən güclü Prezidenti adlandıraraq tezliklə münasibətlərin normallaşmasına ümid etdiyini yazır.
 

Google+ WhatsApp ok.ru