XOŞ ƏHLİ-BEYTİ (Ə) SEVƏNLƏRİN HALINA!

XOŞ ƏHLİ-BEYTİ (Ə) SEVƏNLƏRİN HALINA!

Peyğəmbəri-Əkrəm (s) Əhli-beytə (ə) sevginin geniş təsirləri haqda belə buyurmuşdur:

مَن ماتَ عَلى حُبِّ آلِ مُحَمَّدٍ ماتَ شَهيدًا.

“Kim Muhəmmədin Əhli-beytinə məhəbbətlə ölsə, dünyadan şəhid getmişdir!”

ألا ومَن ماتَ عَلى حُبِّ آلِ مُحَمَّدٍ ماتَ مَغفورًا لَهُ.

“Agah olun! Kim Muhəmmədin Əhli-beytinə məhəbbətlə dünyadan getsə, bağışlanmışdır!”

ألا ومَن ماتَ عَلى حُبِّ آلِ مُحَمَّدٍ ماتَ تائِبًا.

“Agah olun! Kim Muhəmmədin Əhli-beytinə məhəbbətlə dünyadan getsə, tövbə ilə getmişdir!”

ألا ومَن ماتَ عَلى حُبِّ آلِ مُحَمَّدٍ ماتَ مُؤمِنًا مُستَكمِلَ الإِيمانِ.

“Agah olun! Kim Muhəmmədin Əhli-beytinə məhəbbətlə dünyadan getsə, imanı kamil getmişdir!”

ألا ومَن ماتَ عَلى حُبِّ آلِ مُحَمَّدٍ بَشَّرَهُ مَلَكُ المَوتِ بِالجَنَّةِ ثُمَّ مُنكَرٌ ونَكيرٌ.

“Agah olun! Kim Muhəmmədin Əhli-beytinə məhəbbətlə dünyadan getsə, ölüm mələyi behişt müjdəsi verər, Nəkir-Münkər (sorğu-sual mələkləri) xoş xəbər gətirər!”

ألا ومَن ماتَ عَلى حُبِّ آلِ مُحَمَّدٍ يُزَفُّ إلَى الجَنَّةِ كَما تُزَفُّ العَروسُ إلى بَيتِ زَوجِها.

“Agah olun! Kim Muhəmmədin Əhli-beytinə məhəbbətlə dünyadan getsə, gəlin bəy evinə aparıldığı kimi, ehtiramla behiştə daxil edilər!”

ألا ومَن ماتَ عَلى حُبِّ آلِ مُحَمَّدٍ فُتِحَ لَهُ في قَبرِهِ بابانِ إلَى الجَنَّةِ.

“Agah olun! Kim Muhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, qəbrindən behiştə iki qapı açılar!”

ألا ومَن ماتَ عَلى حُبِّ آلِ مُحَمَّدٍ جَعَلَ اللّه‏ُ قَبرَهُ مَزارَ مَلائِكَةِ الرَّحمَةِ.

“Agah olun! Kim Muhəmmədin Əhli-beytinə məhəbbətlə dünyadan getsə, rəhmət mələkləri onun qəbrini ziyarətgah seçərlər!”

(“Fəraidüs-səmteyn”, 2-ci cild, səh.255, hədis 524; “Yənabiül-məvəddət”, 2-ci cild, səh.333, hədis 972; “Əl-ümdə” səh.54, hədis 52; “Camiül-əxbar”, səh.373, hədis 1335; “Ehqaqul-həqq”, 9-cu cild, səh.487.)

Əmirəlmöminin Əli (ə) də Haris Əvərə belə buyurmuşldur:

لَيَنفَعَنَّكَ حُبُّنا عِندَ ثَلاثٍ: عِندَ نُزولِ مَلَكِ المَوتِ، وعِندَ مَسأَلَتِكَ في قَبرِكَ، وعِندَ مَوقِفِكَ بَينَ يَدَيِ اللّه.

“Bizə məhəbbətin sənə üç yerdə faydası olacaq: ölüm mələyi enən zaman, qəbirdə sorğu-sual zamanı və qiyamət günü Allah dərgahında.”

(“Əlamud-din”, səh.461.) / Maide.Az / 

 

Google+ WhatsApp ok.ru