İxrac da azalıb, idxal da 14 Avqust 2020 15:44 Xəbərlər Bu ilin 7 ayında Azərbaycanın xarici ticarət dövrüyyəsi təqrəbən 15 milyard dollar (15 031.90) təşkil edib. Bu barədə Azərbaycan Gömrük Komitəsi (AGK) məlumat yayıb. AGK-nin bildirməsinə görə, bunun 9 milyard dollardan bir qədər çoxu (9 131.14) ixracın, 6 milyard dollara yaxını isə (5 900.76 ) idxalın payına düşür. Xarici ticarət saldosu 3 milyard dollardan çox (3 230.38) olub. 2019-cu ilin eyni dövründə isə ölkənin xarici ticarət dövrüyyəsi 21 milyar dollara yaxın (20 701. 38) olmuşdu. Bir ilərzində həm ixracda, həm də idxalda azalma baş verib. Keçən ilin eyni zamanında bu rəqəmlər uygun olaraq 12 267. 71 və 8 433. 67 olmuşdu. Xarici ticarət saldosunda da azalma var. Ötən ilin analoji dövründə həmin rəqəm 3 834 .04 idi. Teqlər : #İxrac,#azalıb,#idxal, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İƏT-in Qadın İnkişaf Təşkilatının baş qərargahı Qahirədə yerləşəcək Dünyada 820 milyona yaxın şagird məktəbdə əlini yuya bilmir