8-ci İmamdan 8 hədis-3

8-ci İmamdan 8 hədis-3

1. Günümzün bəlaları

İmam Rza (ə) buyurmuşdur:

إذا كَذَبَ الوُلاةُ حُبِسَ المَطَرُ، و إذا جارَ السُّلطانُ هانَتِ الدَّولةُ، و إذا حُبِسَتِ الزكاةُ ماتَتِ المَواشي

“Valilər (hakimlər) yalan danışdıqda, yağış kəsilər. Soltan zülm etdikdə, dövlət süst və etibarsız olar. Zəkat verilmədikdə, heyvanlar ölər.” (“Əl-əmali”, Şeyx Müfid, c.2, səh.310.)

2. Ömrü uzadan əməllər

İmam Rza (ə) buyurmuşdur:

صِلَةُ الاَرْحامِ وَ حُسْنُ الْخُلْقِ زِيادَةٌ فِي الاَعْمارِ

“Silеyi-rәhm (qohumlara yaxşılıq) vә gözәl әхlаq ömrü uzаdır.” (“Bihаrul-әnvаr”, c.71, sәh.97.)

3. Özünü istehza edənlər...

İmam Rza (ə) buyurmuşdur:

مَنِ اسْتَغْفَرَ بِلِسانِهِ وَ لَمْ يَنْدَمْ بِقَلْبِهِ فَقَدِ اسْتَهْزَءَ بِنَفْسِهِ

“Dildә tövbә еdib qəlbən pеşmаn оlmаyan kəs, şübhəsiz, özünü istehza еtmişdir.” (“Bihаrul-әnvаr”, c.78, sәh.356.)

4. Hər gün 50 ayə

İmam Rza (ə) buyurmuşdur:

يَنْبَغِي لِلرَّجُلِ اِذا أصْبَحَ أنْ يَقْرَأَ بَعْدَ التَّعْقيبِ خَمْسينَ آيَةً

“Nə yахşı olar ki, insan sübh nаmаzının “tәqibаt“ındаn (nаmаzdаn sоnrа охunаn duаlаrdan) sоnrа Qurаndan әlli аyә охusun.” (“Camiu əhadisiş-şiə”, c.15, sәh.20.)

5. Ölməz qəlbin sahibi

İmam Rza (ə) buyurmuşdur:

مَن تَذَكَّرَ مُصابَنا وبَكى لِمَا ارتُكِبَ مِنّا كانَ مَعَنا في دَرَجَتِنا يَومَ القِيامَةِ ومَن ذَكَرَ بِمُصابِنا فَبَكى وأبكى لَم تَبكِ عَينُهُ يَومَ تَبكِي العُيونُ ومَن جَلَسَ مَجلِسًا يُحيي فيهِ أمرَنا لَم يَمُت قَلبُهُ يَومَ تَموتُ القُلوبُ

“Bizi yad edib, bizə edilən zülmlərə görə ağlayan kəs Qiyamətdə bizimlə bir dərəcədə olar. Bizim müsibətlərimizi yad edib ağlayan və başqasını da ağladan kəsin gözlər ağladığı gün gözü ağlamaz. Bizim adımız və yadımız diri saxlanılan məclisdə əyləşənin qəlblər öldüyü gün qəlbi ölməz.” (“Əmali”, Şeyx Səduq, səh.68, hədis 4.)

6. İmamların 17 xüsusiyyəti

İmam Rza (ə) Fəzl ibn Səhlə göndərdiyi məktubda belə yazmışdı:

إنَّ مِن دينِهِم [أيِ الأَئِمَّةِ(ع)] الوَرَعَ وَالعِفَّةَ، وَالصِّدقَ وَالصَّلاحَ وَالاِجتِهادَ، وأداءَ الأَمانَةِ إلَى البَرِّ وَالفاجِرِ، وطولَ السُّجودِ، وَالقِيامَ بِاللَّيلِ، وَاجتِنابَ المَحارِمِ، وَانتِظارَ الفَرَجِ بِالصَّبرِ، وحُسنَ الصُّحبَةِ، وحُسنَ الجِوارِ، وبَذلَ المَعروفِ، وكَفَّ الأَذى، وبَسطَ الوَجهِ، وَالنَّصيحَةَ، وَالرَّحمَةَ لِلمُؤمِنينَ

“Həqiqətən, təqva, iffət, doğruluq, xeyirxahlıq, çalışqanlıq, əmanəti sahibinə – istər yaxşı, istərsə də pis olsa belə – qaytarmaq, uzun səcdə, gecə namazı, haramdan çəkinmək, səbirlə işlərin həllini (fərəcin intizarını) gözləmək, yaxşı dostluq, yaxşı qonşuluq, hamıya yaxşılıq, başqalarına əziyyət verməmək, gülərüzlülük, öyüd vermək və möminlərə qarşı mərhəmətli olmaq onların (imamlar) dini ədəblərindəndir.” (“Tühəful-qul”, səh.416.)

7. Böyük günahlara doğru gedən yol

İmam Rza (ə) buyurmuşdur:

اَلصغّائِرُ مِنَ الذُّنوبِ طُرُقُ اِلیَ الکَبائِرِ، وَ مَن لَم یَخَفِ اللهَ فِی الَقلیلِ، لَم یَخَفهُ فِی الکَثیرِ

“Kiçik günahlar böyük günahlar üçün bir yoldur. Az (kiçik) günah edərkən Allahdan qorxmayan çox (böyük) günah edərkən də qorxmayacaq.” (“Musnədul-İmam ər-Rza (ə)”, c.1, səh.290.)

8. Ata-anasına minnətdarlıq etməyən

İmam Rza (ə) buyurmuşdur:

إنَّ اللّه عز و جل... أمَرَ بِالشُّكرِ لَهُ ولِلوالدَينِ، فَمَن لَم يَشكُر والِدَيهِ لَم يَشكُرِ اللّه َ.

“Şübhəsiz, Allah-Taala... insanı Özünə və ata-anaya minnətdarlığı əmr etmişdir. Bəs, ata-anasına minnətdarlıq etməyən Allaha şükür etməmişdir.” (“Əl-xisal”, səh. 156, hədis 196.)

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru