Xırdalanda partlayış baş verən evin dağıntıları altında qalan azyaşlının meyiti tapılıb 26 Yanvar 2021 15:26 Hadisə Xırdalanda partlayış baş verən evin dağıntıları altında qalan daha bir nəfərin meyiti tapılıb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, FHN xilasediciləri azyaşlının meyitini dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Həmin şəxsin 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı olduğu bildirilir. Qeyd edək ki, ötən gün axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Nəticədə uçqun olub. FHN xilasediciləri dağıntılar altından 6 nəfəri xilas edib, 1 nəfərin cəsədini çıxarıblar. Teqlər : #Xırdalanda,#partlayış,#baş,#verən,#evin,#dağıntıları,#altında,#qalan,#azyaşlının,#meyiti,#tapılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xırdalandakı partlayışda ölən qadının azyaşlı qızı dağıntılar altında axtarılır Qobustanda bir ailənin 6 üzvü dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirildi
Xırdalanda baş verən partlayışdan sonra dağıntılar altından 1 nəfərin meyiti çıxarılıb - VİDEO - YENİLƏNİB2