Xırdalanda partlayışda xəsarət alanların adları açıqlanıb

Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından 8 nəfər xilas edilib.
 
Bu barədə Maide.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
 
Məlumata görə, hazırda dağıntılar altında qalan daha 3 nəfərin çıxarılması istiqamətində tədbirlər davam etdirilir.
 
Qeyd edək ki, bu gün səhər saatlarında Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb.
 
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri 8 nəfəri xilas ediblər. Onlar - 1979-cu il təvəllüdlü Abbasova Könül Tofiq qızı, 1972-ci il təvəllüdlü İsmayılova Mətanət Elbrus qızı, 2007-ci il təvəllüdlü İsmayılov Bəkir Vidadi oğlu, 1999-cu il təvəllüdlü İsmayılova Aygül Vidadi qızı, 2010-cu il təvəllüdlü Abdullayeva Aytac Gülbala qızı, 1972-ci il təvəllüdlü İsmayılov Vidadi Yunis oğlu, 2001-ci il təvəllüdlü İsmayılov Yunis Vidadi oğlu və 9 yaşında Ayxan adlı uşaqdır. 

Google+ WhatsApp ok.ru