Xırdalan və Masazırın bir hissəsi işıqsız qalacaq

Xırdalan və Masazırın bir hissəsi işıqsız qalacaq

10-12 oktyabr 2017-ci il tarixlərində saat 11:00-dan 15:30-a qədər Xırdalan şəhəri 22, 24, 25, 26, 28, 30-cu məhəllələrdə, kənd Xırdalan və Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
 
Maide.Az xəbər verir ki, "Azərişıq" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, buna "Azərenerji" ASC-yə məxsus 110 kV-luq I Binəqədi hava elektrik verilişi xəttində aparılan yenidənqurma işləri səbəb olacaq.
 
 
Yaranmış narahatçılığa görə "Azərişıq" ASC istehlakçılardan üzr istəyir.
 

Google+ WhatsApp ok.ru