Xırda qəpiklərdən niyə istifadə etmirik? - VİDEO

“1-2 qəpikdir” deyib keçmə! Nəzərə al ki, 100 qəpik 1 manatdır”

Azərbaycanda 1,3 və 5 qəpiklik xırda nominallı qəpiklər rəsmən dövriyyədə olsa da, nədənsə bir o qədər istifadə olunmur. İstər satış mərkəzlərində, istərsə də digər xidmət sahələrində xırda qəpiklərə demək olar ki, rast gəlinmir.Mağazalarda isə qalıq qaytarmaq üçün adətən bir başqa üsuldan istifadə edirlər. İqtisatçı ekspert Vüqar Bayramlı xırda nominallı  qəpiklərin dövriyyədə olmasının tərafdarıdır. O,sözügedən dəmir qəpiklərdən istifadənin asanlaşdırılmasını nağdsız hesablaşmaların artırılmasında görür.Ümumilikdə isə nağdsız ödənişlərə keçid həm sahibkarlara, həm də alıcılara xeyirlidir. Bu zaman qəpiyin dövriliyi təmin olunmaqla yanaşı büdcəmizə də qənaət etmiş oluruq. 
 
“Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri Rahilə Mehdiyeva isə bildirir ki, 1,2 və 5 qəpikliklərin istifadə edilməməsi isə bir çox hallarda istehlakçı hüquqlarının pozulmasına gətirib çıxarır.
 
Onun sözlərinə görə, belə hallarda dəyərini bilmədiyimiz qəpiklər kimin üçün isə əlavə gəlir mənbəyinə çevrilir. Bəzi market və mağazalarda müəyyən çəkilər üzrə qablaşdırılmış məhsullarının üzərinə 11,17, 63 və s. yuvarlaq olmayan qiymətlərə rast gəlmək mümkündür: “Pulun qalığını qaytarılmasına gəlincə isə, alıcı kassada xırda pulun olmaması səbəbindən problemlə qarşılaşır. Bəzən isə bilərəkdən ticarət obyektlərində süni qəpik qıtlığı yaradılır. Alıcılar isə “xırda yoxdur” deyərək satıcı qonşu mağazalarda və ya kassalarda qəpik axtaran kassiri gözləməli olurlar. Əksər hallarda bir neçə qəpiyə görə gözləməyən alıcılar vaxt itirməməyi daha üstün tuturlar. Bu isə, alınmış mal üçün həm də qiymətindən artıq ödəniş deməkdir. Satıcılar pulun qalığı əvəzinə hansısa mallar, məsələn, kibrit, saqqız və s. təklif etməkdən də çəkinmirlər.Bütün bunlar isə, sadə dillə desək, qanun pozuntusudur. Ticarət qaydalarına görə, obyekt sahibləri hər gün kassaya nəzarət etməli, qalıq qaytarmağa xırda pulların olub-olmadığını yoxlayaraq kassanı xırda qəpiklərlə təmin etməlidir. Hörmətli istehlakçı! “1-2 qəpikdir” deyib keçmə! Nəzərə al ki, 100 qəpik 1 manatdır”.

Google+ WhatsApp ok.ru