Xristian qız müsəlman dostu üçün həcc ziyarəti qazandı

Xristian qız müsəlman dostu üçün həcc ziyarəti qazandı

Rusiya Federasiyasının tərkibindəki Qaraçay-Çərkəz Republikası Müsəlmanları Ruhani İdarəsinin Həcc və Ümrə şöbəsi Məkkəyə səfər müsabiqəsini keçirib.

 
 Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, müsabiqə bir neçə mərhələdə keçirilib və nəticələrə görə birinci yerə Yuliya Yeresko layiq görülüb.
 
Bir çox iştirakçı qalibin pravoslav xristian olmasına görə təəccüblənib. Sonradan məlum olub ki, Yuliya Məkkəni ziyarət etməyi çox arzu edən bir müsəlman dostuna və həmkarına ad günü hədiyyə etmək üçün müsabiqədə iştirak edib.  
 
Bunu bilən Pyatiqorsk və Çərkəz patriarxlığı Yereskonu mükafatlandırmaq qərarına gəlib və ona Pskov diyarının ziyarətgahlarına pulsuz səyahət etməyi hədiyyə edib. Xristian qız üçün bu təklif gözlənilməz olub və bunu məmnuniyyətlə qəbul edib.