Xüsusi yerlərdən kənarda sifariş qəbul edən taksilər cərimələnəcək

Xüsusi yerlərdən kənarda sifariş qəbul edən taksilər cərimələnəcək

Azərbaycanda taksilərə onlar üçün ayrılan duracaq yerlərindən kənarda sifariş qəbul etmələri qadağan edilir və bununla bağlı cəza müəyyənləşdirilir.
 
Bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə əlavələr olunması müzakirə edilib. Məcəlləyə təklif edilən 22.0.8-ci maddəsinə əsasən, taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədi ilə durması qadağandır. Buna əməl etməməyə görə 40 manatdan 50 manata qədər cərimə müəyyənləşdirilir.
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. (apa) /

Google+ WhatsApp ok.ru