İxtisar olunan işçilər etiraz etdilər

İxtisar olunan işçilər etiraz etdilər

«Bizim Yol» qəzetində «İxtisar olunan işçilər etiraz etdilər» sərlövhəli məqalə diqqət çəkir.
 
Yazıdaölkənin dəmiryol sistemindəki ixtisarların narazılıqlara səbəb olduğu dəyərləndirilir.
 
Müəllif yazır ki, «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti (QSC) rəhbərliyinin əmri ilə Gigiyena və Epidemiologiya Mərkəzində aparılan kütləvi ixtisarlar narazılıqlar yaradıb.
 
QSC-yə tabe olan Mərkəzin direktoru vəzifəsindən azad edilib. Həmin vəzifəni indi direktorun müavini icra edir.
 
Yazıda bildirildiyinə görə, işçilərə könüllü ərizə yazıb getmələri təklif olunur. Yalnız bu halda onlara kompensasiyanın veriləcəyi deyilir.
 
Mərkəzin Həmkarlar İttifaqından isə bildiriblər ki, işçiləri əsasən iki məsələ narahat edir: «Maliyyə problemi səbəbindən mərkəzdə ixtisarların olacağı gözlənilir. Tibb müəssisəsi təsərrüfat hesabı əsasında fəaliyyət göstərəcək. İşçilərin işsiz qalmaq və əməkhaqqını ala bilməmək təhlükəsi var».
 
İşçilər 130-200 manat arasında əməkhaqqı alırlar
 
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətindən dəMərkəzdə ixtisarların olacağını təsdiqləyiblər: «Adıçəkilən tibb müəssisəsində ixtisarlara və struktur dəyişikliyinə qərar verilib»,-deyə bildirilib.

Google+ WhatsApp ok.ru