İxtisas qrupları üzrə boş qalan plan yerlərinin sayı açıqlandı - Kim haranı seçə bilər?

İxtisas qrupları üzrə boş qalan plan yerlərinin sayı açıqlandı - Kim haranı seçə bilər?

2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edildikdən sonra ixtisas qrupları üzrə boş qalan plan yerlərinin sayı məlum olub. 
 
Maide.Az bildirir ki, Sputnik Azərbaycan-a bu barədə təhsil üzrə ekspert Kamran Əsədov məlumat verib.
 
O bildirib ki, I qrup üzrə 2459 yer, II qrup üzrə 2542 yer, III qrup: 142 yer, IV qrup üzə 354 yer, V qrupda 288 yer boş qalıb. Ümumilikdə bu il 47847 plan yeri var idi və 42062 abituriyent ali məktəbə qəbul olunub, 5785 plan yeri boş qalıb.
 
Qeyd edək ki, universitetə qəbul ola bilməyənlər üçün boş qalan yerlərə ixtisas seçimi 15-19 avqust tarixində, boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı isə 23 avqust - 2 sentyabr tarixlərində həyata keçiriləcək.

Google+ WhatsApp ok.ru