Xurma haqqında nə bilirsiz?

Xurma haqqında nə bilirsiz?

-- Hansı xəstəliklərə şəfadır, arıqlamağa kömək edirmi...

Xurma haqqında nə bilirsiz? Hansı xəstəliklərə şəfadır, arıqlamağa kömək edirmi, hansı vitaminlərdən ibarətdir?
 
Maide.Az xəbər verir ki, xurma ehtiyacımız olan vitaminlərin demək olar hamısına sahibdir.  
 
Orta hesabla 28 kilokalori olan xurmanın tərkibində zülal, karbohidrat, yağ, su, lif, vitaminlər, kalium, kalsium, maqnezium, fosfor, sodium, kükürd, dəmir, sink, mis, yod olur.
 
Xurmanın məlum olan 99 növü mövcuddur.
 
Qırmızı ətdən 2, balıq ətindən 3 dəfə artıq kalori almağınızı təmin edir.
 
Enerji mənbəyi olması yorğunluq və taqətsizlik hiss edənlər üçün qəti həlldir.
 
Xurma yemək doğuş ağrısını azaldır, əmizdirən qadınların isə südünü artırır.
Sıx lifli quruluşu sayəsində həzm sisteminə töhfə verir.
 
Güclü bir yaddaşa sahib olmaq və öyrənmə qabiliyyətini inkişaf etdirmək üçün təklif edilən qidalar arasındadır.
 
Xurma bədəndə infeksiya əmələ gəlməsini əngəlləyən təsirə malikdir.
 
İçərisində olan üzvi kükürd sayəsində mövsümi və digər səbəblərə görə yaranan allergiyalara qarşı təbii şəfadır.
 
Sidik kisəsi və böyrək infeksiyalarına qarşı təsirlidir
 
Qanı və böyrəkləri təmizləyərək təzyiqi və pis kolestrolu tarazlaşdırır.
 
Bir neçə xurma kalsium iynəsinə bərabərdir. (yasemin.com)

Google+ WhatsApp ok.ru