Xurma yemək üçün 10 önəmli səbəb

Xurma yemək üçün 10 önəmli səbəb

-- xurmanın insan orqanizminə faydaları

Əsas Ramazan ayında süfrələrdə əskik olmayan xurma, əslində bütün vaxtlarda yeyilməsi məsləhət görülən önəmli qidalardandır.
 
Maide.Az “Posta”ya istinadən xəbər verir ki, bunun səbəbi isə xurmanın tərkibində potasium, dəmir, kalsium olmaqla bir çox vitanminin yer almasıdır.
 
Məlumat üçün bildirək ki, hər qidada olduğu kimi, xurmada da miqdara diqqət yetirmək lazımdır. Gündə 3 ədəd orta ölçülü xurma, ümumilikdə qram yeyilməsi məsləhət görülür. Bunun ümumi dəyəri 60 kalori edir ki, bu da 1 porsiya meyvəyə bərabərdir.
 
Acıbadem Bakırköy Xəstəxanasının Qidalanma və Dieta mütəxəssisi Şeyda Sıla xurmanın insan orqanizminə faydalarını açıqlayıb:
 
- Həzmi asanlaşdırır.
 
- Mədəni gec tərk etdiyi üçün toxluq hissi yaradır.
 
- Qəbizliyin qarşısını alır.
 
- Dərini gəncləşdirir.
 
- Əzələ ağrılarının qarşısını alır.
 
- Ürəyin funksiyasını nəzarətdə saxlayır. Ürəkdə damara tutulmaları riskini azaldır.
 
- Stres və gərginliyi azaldır.
 
- Qan azalığının qarşısını alır.
 
- Tərkibindəki B2 və B3 vitamini sayəsində qırmızı qan hüceyrələrinin sayını artırır.
 
- Sümükləri möhkəmləndirir.
 

Google+ WhatsApp ok.ru