Xızı və Qubanın dağlıq ərazilərinə qar yağıb

Xızı və Qubanın dağlıq ərazilərinə qar yağıb

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti dəyişib.
 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xızı və Quba rayonlarının dağlıq yaşayış məntəqələrinə qar yağıb. Qubanın Xınalıq kəndində qarın hündürlüyü 6 sm, temperatur mənfi 9 dərəcə, Qrız kəndində qarın hündürlüyü 3 sm, temperatur mənfi 9 dərəcə, Xızının Altıağac qəsəbəsində isə 1 sm hündürlüyündə qar, mənfi 2 dərəcə temperatur qeydə alınıb.
 

Google+ WhatsApp ok.ru