Xına güclü ağrıkəsicidir

Xına güclü ağrıkəsicidir

Xınanın tibbi istifadəsində virus əleyhinə, mikrob əleyhinə, göləbək əleyhinə, yara yaxşılaşdırıcı, qızdırma əleyhinə, analgetik, iltihab əleyhinə xüsusiyyətləri uzun əsrlərdir dünyaya məlumdur. Mollusc, tyripanasoma, kimi xəstəlik faktorlarına qarşı da faydalı olduğu məlumdur.
 
Xına, bundan əlavə xərçəng, parazit, şəkər xəstəliklərini əngəlləmək xüsusiyyətinə malikdir. Xına həmçinin qaraciyəri qoruyur, immuniteti müsbət istiqamətdə inkişaf etdirir.
 
Xına qarqaraları badamcıq iltihabını, farengit, dizenteriya, xora, bağırsaq qurdu və qızdırma müalicəsində tətbiq edilir.
 
Faydaları baxımından diqqət yetirilməli hallar da mövcuddur. Nadir bir qan xəstəliyi "favizmə" yoluxan, amma xəstə olduğu bilinməyən bir uşağın əlinə xına sürtülməsi, az miqdarda olsa belə, iç qanamağa səbəb ola bilər.
 
Xına xalq təbabətində saçlarda kəpəyə qarşı, saç tökülməsinə qarşı, sarılıq, göbələk xəstəliklərinə qarşı, dalaq böyüməsi, xərçəng, amöblü dizenteriyaya qarşı istifadə edilir.
 
Xına yağı, xınadan əldə edilən və müalicə məqsədli olaraq istifadə edilən bir maddədir. Xüsusilə oynaq iltihabı və revmatizm qaynaqlı ağrılarda təsirlidir.
Xınanın xüsusilə sinir ağrılarında təsirli ola biləcəyi, uzun müddət əvvəl edilən elmi araşdırmalarla isbat edilmişdir.
 
Xınanın ehtiva etdiyi ağrıkəsici maddələr tam təfərrüatı ilə müəyyən edilmiş və ABŞ patent idarəsi tərəfindən qeydiyyata alınmışdır. (deyerler) /

Google+ WhatsApp ok.ru