XƏBƏRDARLIQ: Temperatur 7 dərəcə enəcək - Rayonlarda

XƏBƏRDARLIQ: Temperatur 7 dərəcə enəcək - Rayonlarda

-- mayın 25-ndən - 27-dək

ETSN rayonlarda gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
 
Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, mayın 25-i gündüz əsasən qərb rayonlarında, mayın 26-sı gündüzdən 27-si axşamadək əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.
 
 
Havanın temperaturu mayın 26-27-də tədricən 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
 

Google+ WhatsApp ok.ru