Xəbərdarlıq: bu kuklaları almayın, almısınızsa məhv edin

Xəbərdarlıq: bu kuklaları almayın, almısınızsa məhv edin

 
Almaniyada Nəzarət Təşkilatlarından biri  valideynlərə müraciət edib və onlardan istəyib ki, “My Friend Cayla” adlı kuklaları almasınlar və ya əgər alıblarsa, onu məhv etsinlər.  
 
Maide.Az eronews-a istinadən xəbər verir ki, təşkilat bildirib ki, bu növ kuklalara xakerlər nüfuz edib. Nəticədə ailələr və uşaqlar haqqında məlumatları xakerlər  oğurlaya bilir. 
 
Araşdırmaçılar bildirib ki, xakerlər bu növ kuklalarda quraşdırılmış blutuz vasitəsi ilə uşaqların səsini dinləyə və onlarla söhbət edə bilir. Bu növ kuklaları istehsal edən ABŞ-ın “Genesis Toys” şirkəti hələlik Almaniyanın bu xəbərdarlığına münasibət bildirməyib. 
 
Qeyd edək ki, bir müddət öncə Norveç İstehlakçıların Hüquqlarının Müdafiəsi Şurası internetə qoşulmuş ABŞ-ın “Genesis Toys” şirkəti tərəfindən düzəldilmiş uşaq oyuncaqlarının  şəxsi həyatın toxunulmazlığı hüququnu pozduğunu ifşa etmiş və bu növ kuklalarla bağlı xəbərdarlıq etmişdi.  
 
"Casus" oyuncaqların qablaşdırılmasında “Mən səni tanıyıram” şüarı yazılıb.  Ağıllı gəlincikləri satışdan çıxarmaq tələbi ilə ABŞ-ın Federal Ticarət Komissiyası və Avropanın tənzimləyici orqanlarına şikayət edilib.
 
 

Google+ WhatsApp ok.ru