Xəzərdə balıqçı itkin düşüb

Xəzərdə balıqçı itkin düşüb

-- Sabunçu rayonu ərazisindən dənizə çıxmış ...

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 16 aprel 2018-ci il tarixində balıq tutmaq məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisindən dənizə çıxmış 1989-cu il təvəllüdlü Həmidzadə Şəhriyar Paşa oğlu geri qayıtmayıb.
 
APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
 
Axtarış işləri barədə əlavə məlumat veriləcək.
 

Google+ WhatsApp ok.ru