Xəzərdə dalğanın hündürlüyü 6,5 metrə çatır

Xəzərdə dalğanın hündürlüyü 6,5 metrə çatır

-- FAKTİKİ HAVA

Ölkə ərazisində martın 30-da hava şəraiti qeyri-sabit olub, güclü şimal-qərb küləyi əsib. 
 
Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  verilən məlumata görə, şimal-qərb küləyi Maştağada və Bakıda 30, Neft Daşlarında və Çilov adasında 29, Qum adasında 28, Pirallahıda 24, Binədə və  Sumqayıtda 23, Ələtdə 20, Zabratda 19, Daşkəsəndə 30, Neftçalada 22, Xınalıqda 20, Biləsuvar və Şamaxıda 18 m/s-dək güclənib.
 
Neft Daşları Stansiyasından alınan məlumatına əsasən dalğanın hündürlüyü 6,5 metrə çatıb.
 
Qeyd edək ki, martın 31-i səhərədək güclü küləkli hava şəraitinin davam edəcəyi, şimal-qərb küləyinin sürətinin 18-23, arabir 25-30, yarımadanın bəzi yerlərində isə arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir.
 

Google+ WhatsApp ok.ru